Konfrans Liqası: Moldova klubu azarkeşləri ilə bağlı "Sabah"a müraciət etməyib

A- A A+

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Sabah"ın qonağı olacaq "Petrokub" (Moldova) klubu azarkeşləri ilə bağlı paytaxt təmsilçisinə müraciət etməyib.

NUHÇIXAN xəbər verir ki, bunu "Report"a Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

İyulun 30-da axşam saatlarında Bakıya gələcək "Petrokub" tərəfindən indiyədək azarkeşləri ilə bağlı heç bir müraciət olmayıb.

Qeyd edək ki, "Sabah" - "Petrokub" görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb - 2:0.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: