Joau Feliksin "Əl-Nəsr"ə keçəcəyi təqdirdə qazanacağı məbləğ məlum olub

A- A A+

İngiltərənin "Çelsi" klubunun portuqaliyalı futbolçusu Joau Feliksin Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"ə keçəcəyi təqdirdə qazanacağı məbləğ məlum olub.

NUHÇIXAN-ın "Correio da Manha" istinadən məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bir mövsüm üçün 17,5 milyon avro əldə edəcək.

Müqayisə üçün onun İngiltərə klubunda 7 milyon avro aldığı qeyd olunub. Müqaviləyə 30 milyon avro ilkin ödəniş və 20 milyon avro əlavə bonuslar daxildir.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü ötən mövsüm icarə əsasında İtaliyanın "Milan" klubunda çıxış edib. 25 yaşlı futbolçu bütün turnirlərdə meydana çıxdığı 21 oyunda 3 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: