Bu gün UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək

A- A A+

Martın 7-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin oyunları keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, oyunlardan beşi Bakı vaxtı ilə saat 21:55-də, üçü isə saat 00:00-da başlayacaq.

Mərhələnin oyunları aşağıdakılardır:

Saat 21:55-də:

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Benfika” (Portuqaliya);

“Ayntraxt” (Frankfurt, Almaniya) - “İnter” (İtaliya);

“Renn” (Fransa) - “Arsenal” (İngiltərə);

“Sevilya” (İspaniya) - “Slaviya” (Praqa, Çexiya);

“Zenit” (Rusiya) - “Vilyarreal” (İspaniya).

Saat 00:00-da:

“Çelsi” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna);

“Napoli” (İtaliya) - “Zaltsburq” (Avstriya);

“Valensiya” (İspaniya) - “Krasnodar” (Rusiya).

Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: