Azərbaycan klubları “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün cavab matçlarını keçirəcəklər.
NUHÇIXAN-ın məlumatına görə, “Zirə” səfərdə “Hayduk”un qonağı olacaq.
Görüşə Split şəhərindəki “Polyud” stadionunda, saat 23:00-da start veriləcək. Komandalar arasında ilk matç 1:1 hesabı ilə nəticələnib.
“Hayduk” - “Zirə” cütünün qalibi “Atletik” (Andorra) - “Dinamo Siti” (Albaniya) matçında üstün olan tərəflə üz-üzə gələcək.
“Sabah” Bakıda “Petrokub”la üz-üzə gələcək. Vadas Dambrauskasın baş məşqçisi olduğu komanda ilk görüşdə Moldova təmsilçisini 2:1 hesabı ilə üstələyib.
Bu cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq “Levski” (Bolqarıstan) - “Braqa” (Portuqaliya) matçının məğlubu ilə qarşılaşacaq.
“Araz-Naxçıvan” isə səfərdə Yunanıstan təmsilçisi “Aris”lə görüşəcək. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda ilk oyunda 2:1 hesablı qələbəyə sevinib.
Bu cütün qalibi III təsnifat mərhələsində “Omoniya” (Kipr) - “Torpedo” (Gürcüstan) görüşünün qalibi ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab görüşləri
31 iyul
23:00. "Zirə" (Azərbaycan) - "Hayduk" (Xorvatiya)
İlk oyun - 1:1
Baş hakim: Luka Payretto (İtaliya).
Split, “Polyud” stadionu
20:00. “Sabah” (Azərbaycan) - "Petrokub" (Moldova)
İlk oyun - 2:1
Baş hakim: Danilo Nikoliç (Serbiya).
Masazır, “Bank Respublika Arena”
22:15. “Aris” (Yunanıstan) - “Araz-Naxçıvan” (Azərbaycan)
İlk oyun - 1:2
Baş hakim: Devid Dikinson (Şotlandiya).
Saloniki, “Kleantis Vikelidis” stadionu