Şahmat üzrə dünya çempionatında üçüncü turun oyunları keçirilir

A- A A+

Martın 7-də Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə kişilər arasında komandalararası dünya çempionatının üçüncü turunun oyunları keçirilir.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan komandası növbəti turda ev sahibi ilə qarşılaşır. Şahmatçılarımız Arkadi Naydiç Rinat Jumabayev, Rauf Məmmədov Murtaz Kajqaleyev, Qədir Hüseynov Anuar İsmaqambetov, Eltac Səfərli Denis Maxnyev ilə görüşür. Qeyd edək ki, komandamız ötən turlarda İngiltərə və Çin yığmalarına məğlub olub.

Üçüncü turda İran-İsveç, Misir-Hindistan, Rusiya-Çin, İngiltərə-ABŞ qarşılaşmaları keçiriləcək.

İki turun nəticəsinə görə, Rusiya, ABŞ, İngiltərə milliləri 4 xal, Hindistan, Çin, Qazaxıstan yığmaları 2 xal, İran seçməsi isə 1 xal toplayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: