UEFA Konfrans Liqası: "Araz-Naxçıvan" III təsnifat mərhələsinə vəsiqə qazanıb

A- A A+

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris"lə (Yunanıstan) matçdan sonra "Araz-Naxçıvan" növbəti mərhələyə vəsiqə qazanıb.

NUHÇIXAN-ın məlumatına görə, Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda baş tutan qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Fabiano Leysman (62-ci dəqiqə) və Monçu (90-cı dəqiqə) fərqlənib. Naxçıvan klubundan isə Çarles Boli (11-ci dəqiqə) və Felipe Santos (38-ci dəqiqə) rəqib qapısının torunu silkələyib.

"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.

Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə Naxçıvan klubu 2:1 hesablı qələbəyə sevinmişdi. Elmar Baxşıyevin komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: