UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” ilə qarşılaşacaq “Qarabağ”ın səfər oyununu izləmək istəyən azarkeşlər üçün ayrılmış bilet sayı bəlli olub.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, avqustun 5-də "National Arena Todor Proeski" stadionunda baş tutacaq qarşılaşma üçün Ağdam klubunun fanatlarına 1000 bilet ayrılıb.
Biletlər bu gün yerli vaxtla saat 17:00-dan etibarən satışda olacaq. Biletin qiyməti 5 avrodur.
Qeyd edək ki, “Şkendiya” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.