Konfrans Liqası: “Sabah”ın Bolqarıstan klubu ilə cavab oyununun hakimləri açıqlanıb

A- A A+

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah” və “Levski” (Bolqarıstan) komandaları arasında keçiriləcək cavab oyununu idarə edəcək hakimlər açıqlanıb.

NUHÇIXAN UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Nikolay Balakin olacaq. Ona Aleksandr Berkut və Viktor Matyaş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək. VAR-da Oleksii Derevinski, onun köməkçisi isə Klim Zabroda olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: