Konfrans Liqası: “Araz-Naxçıvan” və “Sabah”ın oyunlarına hakim təyinatları açıqlanıb

A- A A+

“Araz-Naxçıvan” və “Sabah” komandalarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları üçün hakim təyinatları açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, avqustun 7-də Bakının "Dalğa Arena" stadionunda keçiriləcək "Araz-Naxçıvan" – "Omoniya" (Kipr) qarşılaşmasını Çexiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FIFA referisi Ondrey Berka olacaq. Ona yan xətt hakimləri – İvo Nadvornik və Yan Vanya kömək edəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək. Qarşılaşmada VAR sisteminə Tomas Koçurek, AVAR funksiyasına isə Miroslav Zelinka nəzarət edəcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Nikosiyada baş tutacaq.

Eyni gün Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq “Levski” – “Sabah” matçına isə Xorvatiyadan olan hakimlər təyinat alıb. Görüşü FIFA referisi Duye Strukan idarə edəcək. Ona Alen Yakşiç və Maryan Tomas yardımçı olacaqlar. Dördüncü hakim Ante Terziç olacaq. VAR sistemində Mario Zebets, AVAR-da isə Ante Tsulyak çalışacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanın cavab oyunu bir həftə sonra Bakıda oynanılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: