“Şahin” hərbi-idman oyununun qalibləri mükafatlandırılıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayon ümumtəhsil məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyunu keçirilib.

Tədbirdə çıxış edənlər gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi haqqında danışıb və “şahinlər”ə uğurlar arzulayıblar. Babək Rayon Gənclər və İdman İdarəsi, Babək Rayon Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 7 tam orta məktəbin komandası mübarizə aparıb. Hərbi-idman oyununda komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə öz qüvvələrini sınayıblar. Yarışın yekun nəticəsinə əsasən, Yarımca kənd tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək I, Didivar kənd tam orta məktəbin komandası II, Güznüt kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom və kuboklar təqdim olunub.

Qeyd edək ki, qalib olmuş komanda Babək rayonunu “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası mərhələsində təmsil edəcək.

                                        Rəmzi Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: