Lionel Messi zədələnib

A- A A+

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi zədələnib.

NUHÇIXAN xəbər verir ki, 38 yaşlı hücumçu Liqa Kubokunun II turunda “Nekaksa” ilə oyunda sıradan çıxıb.

Matçın əvvəlində diz nahiyyəsində ağrı hiss edən təcrübəli oyunçu 11-ci dəqiqədə əvəzlənib. Komandanın baş məşqçisi Xavyer Maskerano ulduz futbolçunun durumuna bu gün aydınlıq gələcəyini bildirib. Onun sözlərinə görə, Messinin ağrıları az olduğundan zədəsinin ciddi olmadığı ehtimal edilir.

Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (5:4) oynayan “İnter Mayami” rəqibini məğlub edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: