Misli Premyer Liqasının 2024/2025 mövsümündə 10 avtoqol qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının açıqladığı statistikada əksini tapıb.
Orta məhsuldarlıq 2.40 qol olubsa, 15 oyun qolsuz bitib.
Geridə qalan mövsümdə futbolçular penaltilərdən 34 qola imza atıb. 9 penalti isə qola çevrilməyib.
Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.