"Fənərbağça" və "Beşiktaş"ın oyunları təxirə salına bilər

A- A A+

Türkiyə Superliqasının I turunda keçirilməsi planlaşdırılan iki oyun təxirə salına bilər.

NUHÇIXAN xəbər verir ki, avrokuboklarda çıxış edən komandalar həftəsonundakı matçların başqa tarixdə reallaşmasını istəyirlər.

Bunlar "Fənərbağça" və "Beşiktaş"dır.

"Fənərbağça" artıq bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi məktub göndərib. "Beçiktaş"ın isə TFF-yə müraciəti gözlənilir. Qurum qərarını çərşənbə günü açıqlayacaq.

Qeyd edək ki, "Fənərbağça" UEFA Çempionlar Liqasının, "Beşiktaş" Konfrans Liqasının təsnifat mərhələsində çıxış edir. "Fənərbağça" Superliqanın I turunda evdə "Alanyaspor"la, "Beşiktaş" isə səfərdə "Kayserispor"la qarşılaşmadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: