UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şkendiya" (Şimali Makedoniya) ilə qarşılaşan "Qarabağ" qələbə qazanıb.
NUHÇIXAN xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qol 18-ci dəqiqədə Toral Bayramovun ayağına. O, Leandro Andradeya qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.
Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində“Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.