Naxçıvan şahmatçısı onlayn platformada qrossmeyster adına layiq görülüb

A- A A+

Naxçıvan şahmatçısı Tural Zeynalov Beynəlxalq Şahmat Federasiyası – FIDE tərəfindən "Arena Grand Master" (AGM, Arena Qrossmeyster) tituluna layiq görülüb.

NUHÇIXAN xəbər verir ki, Həm FIDE hakimi, həm də şahmat müəllimi kimi fəaliyyət göstərən T.Zeynalovun yeni titulu muxtar respublikada ilk hesab olunur.

Naxçıvandan bir çox şahmatçı sözügedən platformadan istifadə edərək ACM, AFM, AİM adlarına layiq görülüb.

Qeyd edək ki, bu titullar federasiyanın rəsmi onlayn platforması olan "FIDE Online Arena"da (wordchess.com) göstərilən nəticələrə əsasən verilir və yalnız orada keçərlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: