Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, UEFA dörd referiyə təyinat göndərib. Orest Dutsiak (Ukrayna), Qonsalu Felipe Santuş Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro) və Aleksandar Vanqelov (Bolqarıstan) iş başında olacaq. Hakim-inspektor funksiyasını isə Talal Daravşi (İsrail) yerinə yetirəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Komanda avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” klubları ilə qarşılaşacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.