"Beşiktaş" yeni transferini açıqlayıb

A- A A+

Türkiyənin "Beşiktaş" klubu yeni futbolçu transferini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son olaraq İngiltərə təmsilçisi "Lester"də çıxış edən Vilfred Ndidi heyətə cəlb olunub. 28 yaşlı dayaq yarımmüdafiəçisi tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, nigeriyalı oyunçu 2017-ci ildən "Lester"də 252 matça çıxıb və 11 qolla yadda qalıb. O, 66 dəfə Nigeriya millisinin formasını geyinib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: