"Barselona" almaniyalı qapıçını müvəqqəti olaraq kapitanlıqdan uzaqlaşdırıb

A- A A+

İspaniyanın "Barselona" klubu qapıçısı Mark-Andre ter Ştegeni komandanın kapitanı vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırıb.

NUHÇIXAN La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu qərar futbolçu barəsində aparılan intizam araşdırması fonunda verilib. Klub rəhbərliyi və məşqçilərlə razılaşma əsasında almaniyalı qolkiperin kapitanlıq səlahiyyətləri müvəqqəti olaraq dayandırılıb.

Onun yerinə komandanın vitse-kapitanı Ronald Arauxo kapitan funksiyalarını icra edəcək.

Qeyd edək ki, Mark-Andre ter Ştegen bel nahiyəsindən əməliyyat olunub və "Barselona"nın yeni transferini La Liqa üçün qeydiyyatdan keçirməsinə imkan verəcək tibbi sənədi imzalamaqdan imtina edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: