Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun rəmzi komandası müəyyənləşib.
NUHÇIXAN Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “InStat” şirkətinin təhlilinə əsasən, simvolik komandada “Qarabağ”dan dörd, “Keşlə” və “Neftçi”dən üç, “Sumqayıt”dan isə bir futbolçu var.
Həmçinin, rəmzi komandada Mehdi Cənnətov (“Sumqayıt”), Slavik Alxasov (“Keşlə”), Edvinas Girdvainis (“Keşlə”), Tərlan Quliyev (“Keşlə”), Maksim Medvedev (“Qarabağ”), Baqali Dabo (“Neftçi”), Filip Ozobiç (“Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Dani Kintana (“Qarabağ”), Canluka Sansone (“Neftçi”) və Araz Abdullayev də (“Qarabağ”) yer alıblar.