Tailandın paytaxtı Banqkokda 19 və 22 yaşadək boksçular arasında Asiya çempionatı keçirilib.
Boks Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, yarışda Azərbaycanın beynəlxalq dərəcəli hakimi Anar Babanlı referilər sırasında yer alıb.
Doqquz gün davam edən çempionatın yekununa əsasən, həmyerlimiz yarışda ən yaxşı ədalət təmsilçisi seçilib.