Almaniyanın “Bayer” komandası yeni transferini açıqlayıb.
NUHÇIXAN klubun rəsmi saytına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi “Leypsiq”dən Yanis Blasvixi heyətinə qatıb.
Almaniyalı 33 yaşlı qapıçı ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Y.Blasvix 2022-ci ildən “Leypsiq”in əsas heyətində çıxış edirdi.