Çempionlar Liqası: "Qarabağ"ın pley-off oyunlarının başlama saatı bəlli olub

A- A A+

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki oyunlarının başlama saatı bəlli olub.

NUHÇIXAN UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun avqustun 19-da səfərdə Macarıstan təmsilçisi "Ferentsvaroş"a qarşı keçirəcəyi ilk matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma isə saat 20:45-də başlayacaq.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya", "Ferentsvaroş" isə Bolqarıstanın "Ludoqorets" kollektivini mübarizədən kənarlaşdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: