Premyer Liqa oyunlarında Dioqu Jotanın xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək

A- A A+

İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün ilk turunun oyunlarından öncə "Liverpul"un mərhum futbolçusu Dioqu Jota və onun qardaşı Andrenin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə "BBC" telekanalı məlumat yayıb.

Eyni zamanda futbolçular meydana qollarında qara sarğı ilə çıxacaqlar. Bundan başqa, stadionlardakı böyük ekranlarda vida mesajları və şəkillər nümayiş etdiriləcək.

Premyer Liqanın ilk turunun oyunları avqustun 15-18-də baş tutacaq.

Qeyd edək ki, 28 yaşlı D.Jota iyulun 3-də avtomobil qəzasında həlak olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: