“Qarabağ” bu mövsüm Çempionlar Liqasında ən çox qol vuran komandalar sırasındadır

A- A A+

Bu mövsüm UEFA Çempionlar Liqasında (ÇL) ən çox qol vuran komandalarının siyahısı açıqlanıb.

NUHÇIXAN Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, turnirə II təsnifat mərhələsindən başlayan “Qarabağ” ilk “üçlük”də qərarlaşıb.

Qurban Qurbanovun komandası bu mövsüm ÇL-də keçirdiyi 4 oyunda vurduğu 10 qolla Polşanın “Lex” və Serbiyanın “Srvena Zvezda” klubları ilə birlikdə 2-4-cü yerləri bölüşdürür. Siyahıya 6 qarşılaşmada 11 dəfə rəqib qapısına yol tapan İsveçin “Malmö” komandası başçılıq edir.

Reytinqdə ilk “beşliy”i Azərbaycan çempionunun pley-off mərhələsindəki rəqibi “Ferensvaroş” tamamlayır. Macarıstan təmsilçisi 4 görüşdə 9 qolla yadda qalıb.

İlk “onluq”da, həmçinin Danimarkanın “Kopenhagen” (4 oyun, 8 qol), Qazaxıstanın “Kayrat” (6 oyun, 7 qol), Slovakiyanın “Slovan” və Şotlandiyanın “Reyncers” (hər ikisi 4 oyun, 7 qol) kollektivləri yer alır.

Xatırladaq ki, "Qarabağ" III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandasına iki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə qalib gələrək növbəti raunda vəsiqə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: