Velosiped idmanı üzrə Naxçıvan şəhər birinciliyi başa çatıb

A- A A+

Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan şəhər tam orta məktəblərinin oğlan şagirdləri arasında keçirilən velosiped idmanı üzrə şəhər birinciliyinə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın Hava və Ekstremal İdman Növləri Federasiyasının, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 15 tam orta məktəbdən 50-yə yaxın velosipedçi iştirak edib.

Birinciliyin yekununa əsasən, İldırım Tarverdiyev I, Nurlan Muradov II, İbrahim Məmmədli III olublar.

Qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: