"Mançester Siti" "Real"ın futbolçusu ilə danışıqlara başlayıb

A- A A+

İngiltərənin "Mançester Siti" klubu İspaniya təmsilçisi "Real"da çıxış edən Rodriqo ilə danışıqlar aparıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

"Şəhərlilər" 24 yaşlı vingerə 5 illik müqavilə təklif etməyə hazırdır. Yekun qərarı braziliyalı futbolçu verəcək. Rodriqo keçidə razılaşsa, Madrid klubu ilə 100 milyon avroluq transfer üçün danışıqlar başlayacaq.

Qeyd edək ki, Rodriqo 2019-cu ildən "Real"da çıxış edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: