“Levski”nin hücumçusu “Sabah”la oyunu buraxacaq

A- A A+

Bolqarıstanın “Levski” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Sabah”a qarşı keçiriləcək cavab oyununa itki ilə çıxacaq.

NUHÇIXAN xəbər verir ki, Sofiya təmsilçisinin malili hücumçusu Mustafa Sanqare Masazırda təşkil olunacaq qarşılaşmada komandasına kömək edə bilməyəcək.

26 yaşlı oyunçunun əzələsində problem aşkarlanıb. Onun yaşıl meydanlara qayıdacağı tarix məlum deyil.

Qeyd edək ki, Bolqarıstanda keçirilmiş ilk matçda “Levski” 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması bu gün saat 20:00-da “Bank Respublika Arena”da təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: