Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq

A- A A+

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq.

NUHÇIXAN-ın məlumatına görə, "köhlən atlar" Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.

Qarşılaşma "Ferentsvaroş" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da star götürəcək. Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: