Futzal üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar açıqlanıb

A- A A+

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 6 komanda mübarizə aparacaq.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının iclasında qərar qəbul olunub.

Toplantıda yeni mövsümə hazırlıq, Yüksək və I Liqalarda iştirak edəcək komandaların siyahısı müzakirə olunub.

Yüksək Liqada 6, I Liqada 10 komanda yarışacaq. Yüksək Liqada mübarizə 4 dövrədən və 20 turdan ibarət olacaq. I Liqada isə komandalar 1 dövrədə üz-üzə gələcəklər. Daha sonra ilk 4 pilləni tutan kollektivlər pley-off mərhələsində gücünü sınayacaq. Yüksək Liqada mövsümə sentyabrın 18-də start veriləcək.

Yüksək Liqada "Araz-Naxçıvan", "Neftçi İK", "Baku Fire", "Şuşa MFK", U-19, "Lənkəran", I Liqada PFL, "Baku Fire-2", "Xan-Lənkəran-2", "Star Kargo", "Timsport", "Atletiko Baku", "Trabzon-Azərbaycan", "Ulduz", "Dəstə Ordubad" və "Yeni Suraxanı" kollektivləri çıxış edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: