Çempionlar Liqası: "Fənərbağça" bu gün "Benfika" ilə qarşılaşacaq

A- A A+

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matçlara yekun vurulacaq.

NUHÇIXAN xəbər verir ki, son oyun günündə dörd qarşılaşma keçiriləcək.

Türkiyənin "Fənərbağça" klubu İstanbulda Portuqaliya nəhəngi "Benfika"nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər oyunlarda Danimarka "Kopenhagen"i İsveçrədə "Bazel"in, Avstriyanın "Şturm" kollektivi Norveçdə "Bude/Qlimt"in, Qazaxıstanın "Kayrat" klubu isə Şotlandiyada "Seltik"in qonağı olacaq.

Qeyd edək ki, ötən gün baş tutan matçlarda "Qarabağ" Macarıstanda "Ferensvaroş"a, Belçika "Brügge"si Şotlandiyada "Reyncers"ə 3:1, Kiprin "Pafos" klubu isə Serbiyada “Srvena Zvezda"ya 2:1 hesabı ilə qalib gəlib. Bu mərhələnin cavab matçları avqustun 27-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: