Azərbaycanlı FIFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb

A- A A+

Azərbaycanlı FIFA referisi Əli Cəbrayılov futzal üzrə UEFA Çempionlar Liqasının oyunlarına təyinat alıb.

NTV xəbər verir ki, o, qitənin ən nüfuzlu klub turnirinin ilkin mərhələsində E qrupunun Bolqarıstanda təşkil olunacaq matçlarında ədaləti qoruyacaq.

Həmyerlimiz avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək.

Ə.Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” - “Viten Orşa” matçına 1-ci hakim kimi təyinat alıb.

Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: