Premyer Liqa: Bu gün II turun daha bir oyunu keçiriləcək

A- A A+

 

Misli Premyer Liqasında bu gün II turun daha bir oyunu keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, günün yeganə qarşılaşmasında "Kəpəz" "Karvan-Yevlax"la qarşılaşacaq.

Qəbələ şəhər stadionunda baş tutacaq matçın start fiti saat 19:00-da səslənəcək.

Turun əvvəlki matçlarında "İmişli" "Neftçi" ilə qolsuz bərabərə qalıb. "Sumqayıt" isə səfərdə "Qarabağ"a (1:0) qalib gəlib.

Misli Premyer Liqası

1-ci dövrə, II tur

23 avqust

19:00. “Kəpəz” – “Karvan-Yevlax”
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 24 və 25-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: