İspaniya La Liqası: “Barselona” və “Atletiko Madrid” qələbə qazanıb

A- A A+

İspaniya La Liqasının 27-ci turunun oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun maraq doğuran oyunu “Nou Kamp” stadionunda baş tutub. Son çempion “Barselona” doğma azarkeşlər önündə autsayder “Rayo Vallekano”nu qəbul edib.

Görüş Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ernesto Valverdenin yetirmələrinin heyətində Gerar Pike (38), Lionel Messi (51) və Luis Suares (82) fərqləniblər. Qonaqların yeganə qolunun müəllifi isə Raul De Tomas (24) olub.

Turnir cədvəlində ikinci yerdə qərarlaşan “Atletiko Madrid” isə öz meydanında “Leganes” komandasını minimal hesabla məğlub edib - 1:0.

Cari mövsümdə inamlı oyun nümayiş etdirən “Deportivo Alaves” komandası “Eybar” ilə heç-heçə edib - 1:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: