“Heydər Əliyev kuboku” nun qalibləri məlum olub - FOTOLAR

A- A A+

Naxçıvan Olimpiya İdman Kompleksində “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.

Dünən start götürən yarış bu gün keçirilən final görüşləri ilə başa çatıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və  Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 çəki dərəcəsində 100-dən çox idmançı mübarizə aparıb. Yekunda, müvafiq çəki dərəcələri üzrə Turqay Allahverdiyev, Hüseyn Əhmədli, Seymur Qasımov, Abbas Nəzərəliyev, Muxtar İbrahimov, Anar Həsənov, Rəvan Bayramov, Azər Əliyev, Gündüz Məmmədov və Əmrah Behbudov  bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq birinciliyin qalibi olublar.

Komanda hesabında "Naxçıvan" güləşçiləri birinci, “Babək” ikinci, Hərbi Liseyin kursantları isə üçüncü olublar.

Sonda  qaliblərə Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının diplom və hədiyyələri təqdim edilib.

                 Elvin Quliyev

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: