İtaliyanın "Napoli" klubunun hücumçusu Lorenso İnsinye yayda komandasını dəyişə bilər.
NUHÇIXAN "La Gazzetta dello Sport" xəbər verir ki, Neapol klubunun rəhbərliyi 27 yaşlı italiyalını 100 milyon avroya satmağa hazırdır.
Futbolçunun xidmətlərində "Mançester Siti", "Liverpul" və PSJ klubları maraqlıdır. Sözügedən komandalar "qış transfer pəncərəsi" dövründə "Napoli" ilə əlaqə saxlayıblar, lakin transfer məbləği barədə razılığa gələ bilməyiblər.
Nəşrin məlumatına görə, Lorenso komandanın mükafatlar qazana bilməməsindən təəssüf hissi keçirir.
İnsinye "Napoli"nin əsas heyətində 2009-cu ildən çıxış edir.