İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Arsenal”a məğlub olub

A- A A+

Martın 10-da İngiltərə Premyer Liqasında XXX turun mərkəzi qarşılaşması keçirilib.

NUHÇIXAN xəbər verir ki, "Arsenal" doğma azarkeşlər önündə "Mançester Yunayted" klubunu qəbul edib.

Görüş 2:0 hesabı ilə "Arsenal" klubunun xeyrinə başa çatıb. London təmsilçisinin heyətində Qranit Caka (12) və Pyer-Emerik Obameyanq (69) fərqləniblər.

Bu qələbə nəticəsində xalların sayini 60-a çatdıran "Arsenal" turnir cədvəlində dördüncü yerə yüksəlib, "Mançester Yunayted" isə 58 xalla beşinci pilləyə enib.

Ole Qunnar Sulşer “Mançester Yunayted” klubunun baş məşqçisi təyin olunandan İngiltərə Premyer Liqasında ilk dəfə məğlubiyyətlə qarşılaşıb.

Günün digər oyununda "Liverpul" "Börnli" klubunu 4:2 hesabı ilə məğlubiyyətə uğradıb, "Çelsi" - "Volverhemton" oyununda isə qalib müəyyənləşməyib - 1:1.

Turun digər oyunlarının nəticələrini təqdim edirik:

“Kristal Palas” – “Brayton” - 1:2;

“Kardiff Siti” – “Vest Ham” - 2:0;

“Haddersfild” – “Bormunt” - 0:2;

“Lester Siti” – “Fulhem” - 3:1;

“Nyukasl” – “Everton” - 3:2;

"Mançester Siti" - "Vatford" - 3:1;

“Southemton" - "Tottenhem" - 2:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: