Çempionlar Liqası: "Qarabağ"ın əsas mərhələdə ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

A- A A+

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını hansı stadionda keçirəcəyi dəqiqləşib.

NUHÇIXAN UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Artıq Avropa futbol qurumunun saytında Azərbaycan çempionunun ev matçlarının yeri mərkəzi arena olaraq göstərilib.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində 8 oyuna çıxacaq. Matçların 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdam təmsilçisi əsas mərhələyə sentyabrın 16-da Portuqaliyada "Benfika"ya qarşı görüşlə start verəcək. İlk ev qarşılaşması isə oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: