Naxçıvan şahmatçıları Türkiyənin Malatya şəhərində keçirilən "Altın Kayısı" beynəlxalq turnirində uğurlu çıxış ediblər.
NUHÇIXAN xəbər verir ki, 8-ci dəfə təşkil olunan ənənəvi yarışda 11 ölkədən 486 şahmatçı mübarizə aparıb.
Turnirdə Naxçıvan Muxtar Respublikasından 10 şahmatçı iştirak edib. Onlardan üçü uğurlu nəticəyə nail olub.
Yarışın A qrupunda çıxış edən Urfan Sevdimaliyev və Pərviz Qasımov ilk "onluğ"a düşüblər. B qrupunda isə veteran şahmatçı Bahəddin Hətəmov 3-cü yeri tutub.
Qeyd edək ki, Türkiyənin Bitlis şəhərində start götürən "Betav Open" beynəlxalq turnirində də Naxçıvan şahmatçıları iştirak edir. Bu yarışda 20 idmançı ilə təmsil olunuruq.