Çempionlar Liqası: "Qarabağ" Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

A- A A+

“Qarabağ” klubu Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Ağdam təmsilçisinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, siyahıda 24 oyunçunun adı yer alıb.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Mateus Koxalski və Fabian Buntiç.

Müdafiəçilər: Mateus Silva, Bədavi Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Dani Bolt, Kevin Medina, Sami Mmaee, Bəhlul Mustafazadə.

Yarımmüdafiəçilər: Toral Bayramov, Kadi Borges, Pedro Bikalio, Marko Yankoviç, Kris Kuaku, Leandro Andrade, Abdullah Zubir, Aleksey Kaşuk və Hikmət Cəbrayılzadə.

Hücumçular: Kamilo Duran, Emmanuel Addai, Musa Qurbanlı və Nəriman Axundzadə.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində 8 oyuna çıxacaq. Matçların 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdam təmsilçisi əsas mərhələyə sentyabrın 16-da Portuqaliyada "Benfika"ya qarşı görüşlə start verəcək. İlk ev qarşılaşması isə oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: