Azərbaycanı Türkdilli Dövlətlərin Universiadasında 12 güləşçi təmsil edəcək

A- A A+

Sentyabrın 4-də Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Universiadasına start veriləcək. Üçüncü dəfə keçiriləcək oyunlar 6 (güləş, cüdo, şahmat, stolüstü tennis, voleybol, futzal) idman növünü əhatə edir.

Azərbaycan Güləş Federasiyasından NUHÇIXAN-a bildirilib ki, yarışda güləşin sərbəst və yunan-Roma növləri üzrə olimpiya çəkilərində mübarizə baş tutacaq. Reqlamentə əsasən, 17-25 yaşarası tələbə idmançıların çıxış edəcəyi Universiadada güləş yarışları sentyabrın 6-7-də “Ruh Ordo” mədəniyyət mərkəzinin idman zalında keçiriləcək.

Sərbəst güləşdə böyük məşqçi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kiloqram), Musa Ağayev (65 kiloqram), Ramik Heybətov (74 kiloqram), Əşrəf Aşırov (86 kiloqram), İslam İlyasov (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) uğur qazanmağa çalışacaq.

Yunan-Roma güləşində isə ölkəmizi məşqçilər Akif Əliyevlə Zöhrab Abbasovun rəhbərliyi altında Vədat Qasımlı (60 kiloqram), Roman Kərimov (67 kiloqram), Cavad Məmmədov (77 kiloqram), Orxan Hacıyev (87 kiloqram), Əli Quliyev (97 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) təmsil edəcək.

Sentyabrın 6-da sərbəst güləşdə 57, 74 və 97, yunan-Roma güləşində isə 60, 77 və 97 kiloqramda qaliblər müəyyənləşəcək. Növbəti gün digər çəkilərdə medalçıların adına aydınlıq gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: