Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edəcəklər

A- A A+

Sentyabrın 4-ü Özbəkistanın Səmərqənd şəhərində şahmat üzrə “Grand Swiss 2025” beynəlxalq turnirinə start veriləcək.

Azərbaycan Şahmat Federasiyasından NUHÇIXAN-a bildirilib ki, ölkəmizi mötəbər yarışda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edəcək.

Sentyabrın 15-dək davam edəcək “Grand Swiss 2025” İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yekun nəticəyə əsasən 2 kişi və 2 qadın olmaqla dörd ən güclü şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: