DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan daha üç komanda müəyyənləşib

A- A A+

2026-cı ildə baş tutacaq dünya çempionatının final mərhələsinə vəsiqə qazanan daha üç komanda müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, ötən gecə baş tutan görüşlərdən sonra Kolumbiya, Paraqvay və Ekvador da mundialda iştirak hüququ qazanıb.

Daha əvvəl Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Yeni Zelandiya, Uruqvay, həmçinin mundialı qəbul edən Kanada, ABŞ və Meksikanın final mərhələsində oynayacağı dəqiqləşmişdi.

Qeyd edək ki, dünya çempionatı 2026-da ilk dəfə 48 yığmanın iştirakı ilə keçiriləcək. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: