DÇ-2026: Azərbaycan millisi böyük hesabla məğlub olub

A- A A+

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub. 

NUHÇIXAN-ın məlumatına görə, Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qolları Viktor Palsson (45+2-ci dəqiqə), İsak Berqmann Yohannesson (47 və 56-cı dəqiqələr) Albert Qudmundsson (63-cü dəqiqə) və Kristian Hlinisson (73-cü dəqiqə) Azərbaycan yığmasının qapısından keçiriblər.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını sentyabrın 9-da Ukrayna millisinə qarşı keçirəcək. Bu görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: