Azərbaycan cüdoçuları Türkdilli Dövlətlərin III Universiadasında doqquz medal qazanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin III Universiadasında Azərbaycan cüdoçuları uğurlu çıxış ediblər.

Yarışa yollanan doqquz idmançımızın hər biri medal qazanıb. Təmsilçilərimiz multi-idman turnirində 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə ediblər. 

Nurlan Kərimli (-66 kq), Cəsur İbadlı (-90 kq), Könül Əliyeva (-48 kq) və Südabə Ağayeva (-70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bahadır Feyzullayev (-60 kq), Mehdi Abbasov (-81 kq), Qurban Məmmədli (+100 kq) gümüş, Mehdi Cəfərov (-73 kq) və Əli Qazıməmmədov (-100 kq) bürünc medallara yiyələniblər. 

Qeyd edək ki, cüdo yığmamız yekunda 9 medalla komanda hesabında 3-cü yeri tutub

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: