Azərbaycan millisi Avropa çempionatını 3 medalla tamamlayıb - FOTOLAR

A- A A+

Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatını 3 medalla tamamlayıb. 

NUHÇIXAN Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk yarış günündə Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Nizami İmranov (66 kq) isə turniri bürünc medalla tamamlayıb. 

Daha əvvəl yeniyetmələr arasında 2 qat dünya çempionu olan Nihad Məmişov karyerasında ilk dəfə Avropa çempionatının qızıl medalına sahib çıxıb. Məhəmməd Musayev gənclər arasında 66 kq çəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb.

Daha bir əlamətdar nailiyyət isə Nizami İmranovun ardıcıl üçüncü il qitə turnirində medal qazanması olub. 

Qeyd edək ki, Fərid Qarayev (60 kq) yarışı 5-ci, Əbil Yusubov 7-ci pillədə başa vurub. 

Aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlar arasında birinci yeri tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: