Naxçıvan Muxtar Respublika stadionu beynəlxalq standartlara uyğun təmir ediləcək

A- A A+

Naxçıvan Futbol Federasiyasının növbəti iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, iclasda federasiya prezidenti Zaur Axundov muxtar respublikada futbolun inkişafı ilə bağlı görülən işlərdən danışıb. O, cari ilin aprel ayında AFFA və NFF-nin birgə təşkilatçılığı ilə müvafiq yaş qruplarına aid komandalar arasında Azərbaycan çempionatının Naxçıvan zonası üzrə oyunlarının keçirildiyini, kütləviliyin artırılması məqsədi ilə böyüklər arasında şəhər, rayon, qəsəbə və kəndlərdə mütəmadi olaraq futbol yarışlarının təşkil edildiyini, federasiyanın dəstəyi ilə yeni futbol klubunun yaradıldığını bildirib.

Federasiya prezidenti uzun fasilədən sonra Naxçıvanı təmsil edən hakimlər briqadasının müxtəlif yaş qruplarına aid komandaların iştirak etdiyi ölkə birinciliyinin oyunlarına təyinat almasını da təqdirəlayiq hal kimi vurğulayıb. Bunun üçün AFFA Hakimlər Komitəsi ilə qarşılıqlı işlərin aparıldığı, bölgədə referilər üçün kursların və seminarların təşkil olunduğu, yekunda test-normativləri uğurla verənlərin daim yarışlarda ədaləti qoruyacağı bildirilib. Bundan başqa, bölgədə məşqçilərin UEFA məşqçi lisenziyasına sahib olması üçün kurslar təşkil olunur.

Z. Axundov Naxçıvan Muxtar Respublika stadionun yaxın vaxtlarda beynəlxalq standartlara uyğun şəkildə təmir edilərək, “Araz-Naxçıvan” klubunun və Naxçıvan futbolunun sərəncamına veriləcəyini əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: