Naxçıvanlı şahmatçılar Bitlisdə keçirilən beynəlxalq turnirdə iştirak ediblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 2–7 sentyabr tarixlərində Türkiyənin Bitlis şəhərində “Betav Uluslararası Açık Satranç Turnuvası” beynəlxalq şahmat turniri keçirilib. Yarışda 16 ölkədən 400-ə yaxın şahmatçı üç kateqoriyada mükafatlar üçün mübarizə aparıb.
Naxçıvandan turnirə qatılan 20 şahmatçıdan ikisi uğurlu nəticəyə nail olub. Beynəlxalq usta Pərviz Qasımov ən reytinqli şahmatçıların mübarizə apardığı “A” kateqoriyasında 9 oyuna 6,5 xal toplayaraq ümumi sıralamada 8-ci olub. Birinci yerdən cəmi yarım xal fərqi olan şahmatçımız turniri ilk onluqda tamamlayan mükafatçılardan biri olub.
Digər təmsilçimiz Xatun Nəcəfova isə “B” kateqoriyasında 5 xal toplayaraq qadınlar arasında ikinci yerin sahibi olub. Şahmatçımız liderlə eyni göstəriciyə malik olsa da, əmsal fərqinə görə gümüş medala layiq görülüb.