Airbadminton üzrə Azərbaycan millisi dünya çempionatına vəsiqə qazanıb - FOTOLAR
Azərbaycanın airbadminton üzrə milli komandası dünya çempionatına vəsiqə qazanıb.
Azərbaycan Badminton Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, buna səbəb yığmanın Bakıda keçirilən Avropa çempionatında ikinci yeri tutmasıdır.
Mundial dekabrın 11-14-də Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil olunacaq.
Dünya çempionatında Avropadan Azərbaycandan başqa, son çempion Almaniya və Bakıda keçirilən qitə çempionatının üçüncüsü olan Bolqarıstan təmsil olunacaq.