Azərbaycanın çimərlik voleybolu üzrə millisi Avropa çempionatında əsas mərhələyə yüksəlib

A- A A+

Çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanların Avropa çempionatında təsnifat oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, İtaliyanın Coriqliano Rossano şəhərində təşkil olunan yarışda Azərbaycanın oğlanlardan (İbrahim Məmmədov/Muhammad Aslanlı) ibarət komandası təsnifat mərhələsində Serbiya millisi ilə qarşılaşıb. Görüş yığmamızın 2:0 (21:10; 21:15) hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız Avropa çempionatında əsas mərhələyə yüksəlib.

Qeyd edək ki, çempionatda ölkəmiz bir qız və bir oğlan komandası ilə təmsil olunur. Qızlardan ibarət milli komanda yarışa əsas mərhələdən qoşulacaq. Bu raundun oyunlarına sabah start veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: