Türkiyənin "Beşiktaş" klubu yeni futbolçu transferini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
"Kayserispor"dan Gökhan Sazdağ heyətə cəlb edilib. 30 yaşlı cinah müdafiəçisi ilə "2+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, Gökhan Sazdağ 2021-ci ildən "Kayserispor"da çıxış edib.